08 
Dek
2023
11:50
365

Rusiyaya gedən yolda bu nəqliyyat vasitələrinin hərəkəti qadağandır

Qar və şaxta ilə əlaqədar beynəlxalq Mtsxeta-Stephantsminda-Lars avtomobil yolunun Qudauri (post)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

InterPress.ge xəbər verir ki, məlumatı Avtomobil yolları departamenti yayıb.

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Qudauri (post)-Kobi hissəsində nəqliyyatın hərəkəti dayanmadan, yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.
Qeyd olunan rejimdə yolların hərəkəti patrul polisinin bilavasitə nəzarəti və koordinasiyası ilə davam etdiriləcək.
Məlumatı Avtomobil Yolları Departamenti yayıb.

Bizimlə əlaqə saxlayın