06 
Dek
2023
09:14
344

Qudauri-Kobi yolunda qoşquların hərəkəti məhdudlaşdırılıb

Qarla əlaqədar beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir. 

InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayıb.

Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, Mleta-Qudauri və Qudauri-Kobi hissələrində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, Qudauri-Kobi hissəsində isə yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.

 

Bizimlə əlaqə saxlayın