05 
Dek
2023
21:16
300

Adam öldürməyə cəhd və polis əməkdaşını yaralamaqda təqsirli bilinən şəxsə həbs - qətimkan tədbiri seçilib

Tbilisinin Aqmaşenebeli prospektində 23 yaşlı polis əməkdaşını və 38 yaşlı şəxsi bıçaqlamaq işi üzrə saxlanılan Nodar Vaşakidze barəsində həbs qətimkan tədbiri seçilib.

InterPress.ge xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Tamar Mçedlişvili verib.

Bugünkü məhkəmə prosesində ittiham tərəfi saxlanılan şəxs barəsində ən sərt həbs-qətimkan tədbirinin tətbiqini, müdafiə tərəfi isə 10 min lari girov müqabilində Nodar Vaşakidzenin azadlığa buraxılmasını istəyib.
İclasda təqsirləndirilən şəxs də çıxış edib, o, adam öldürməyə cəhdi etiraf etməyib. Vaşakidzenin sözlərinə görə, o, “özünü müdafiə edib və polis yıxılan şəxsi görməyib”.
Məlumat üçün bildirək ki, Tbilisinin Ağmaşenebeli prospektində 39 yaşlı Nodar Vaşakidze 38 yaşlı Teymuraz Anjaparidzeyə soyuq silahla xəsarət yetirib. Vaşakidze hadisə yerində olan patrul polisinin əməkdaşına da bıçaqla xəsarət yetirib. Nodar Vaşakidzeafam öldürməyə cəhd və  xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşına hücum etmək ittihamı ilə yerindəcə saxlanılıb. Yaralılara gəlincə, 23 yaşlı polis Gigi Otiaşvili və 38 yaşlı Teymuraz Ancaparidzeyə cərrahi müdaxilə lazım olub. Hazırda onların həyatı təhlükəsi yoxdur.

Bizimlə əlaqə saxlayın