05 
Dek
2023
19:48
322

Şuaxevidə yanğın nəticəsində yaşayış evi və tövlə yanıb

Acarıstanda,  Şuaxevi bələdiyyəsinin, Bril kəndində yaşayış evində yanğın baş verib.

InterPress.ge xəbər verir ki, Regional " Adjara Times" nəşrinin yazdığına görə, yanğın əvvəlcə evdə başlayıb, daha sonra tövləyə keçib.

Nəticədə  bir ev və on ədəd inək yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının səbəbi hələki məlum deyil.

Bizimlə əlaqə saxlayın