Laqodexidən olan gənclər Tbilisidə keçirilən çempionatda qələbə qazanıblar
Laqodexi rayonunun Qabal qəsəbəsindən olan gənclər Tbilisidə keçirilən çempionatda 1-ci, 2-ci və 3-cü yeri qazanıblar.
InterPress.ge xəbər verir ki, Qabal Gənclər Cəmiyyətinin sədri Elvin Tağıyevdən aldığımız məlumata əsasən, Gürcüstan döyüş liqası və "Savate Milli Federasıyasının" prezidenti İnqa Dameniyanın rəhbərliyi ilə bu ilin 2-3 dekabr tarixlərində, paytaxt Tbilisidə "Sport Fight Club Kabal" idman klubunun yetirmələri GFL-nin Gürcüstan çempionatının profil döyüşündə uğurla çıxış ediblər.
Çempionatda iştirak etmək üçün Türkiyə, Ermənistan, Azərbaycan və İranlı idmançılar Gürcüstana səfər ediblər.
GFL Gürcüstan çempionatına "Sport Fight Club Kabal" klubundan 4 idmançı qatılıb. Bunlardan Ricay Qayıbov 60 kq çəki dərəcəsində profil döyüşündə Dedopliscğaro bələdiyyəsindən olan rəqibi İlia Xatiaşvilini 3-cü raundda məğlub edərək birinci yeri qazanıb. Daha sonra kiçik çəkilər üzrə Məhəmməd Durmuşov, İsə Axundov birinci yerə və Rauf Əliyev isə üçüncü yerdə qərarlaşıb.




