07 
Avq
2020
17:01
649

Təşkilat rəhbəri: "Yardım hər hansı bir partiyadan deyil dövlət büdcəsindən çıxır"

"Hər kəs yadında saxlamalıdır ki, hökümətin anti böhran dəstəyinin 3-cü mərhələsindən irəli gələrək yardım hər hansı bir partiyadan deyil dövlət büdcəsindən çıxır".

InterPress.ge xəbər verir ki, bu barədə Beynəlxalq şəffaflıq - Gürcüstanın rəhbəri Eka Qiqauri bildirib.

Onun jurnalistlərə verdiyi açıqlamaya görə, bütün bunlar seçicilərə təsir göstərəcək.

“Biz hamımız bilməliyik ki, Gürcüstan bu gün çox çətin vəziyyətdədir. Böhranda olan vətəndaşlarımız çoxdur. Onların həqiqətən də hökumət tərəfindən yardıma ehtiyyacları var. Hökumət ilk dəfə bu yardım haqqında danışanda deyirdik ki, bu yardım və sosial proqramı daha çox insana verilməlidir. Bizim əsas problemimiz vətəndaşların nəyə görəsə siyasi partiya və hökumət arasında sərhədi görmürlər. Onlar bilməlidirlər ki, bu yardım dövlət büdcəsindən verilir. Hər kəs bilməlidir ki, hökümətin anti böhran dəstəyinin 3-cü mərhələsindən irəli gələrək yardım hər hansı bir partiyadan deyil dövlət büdcəsindən çıxır”, - dedi Qiqauri.

Onun sözlərinə görə, əgər bu koronavirus vaxtına düşməsəydi o zaman seçkiöncəsi xərc adlandırılacaqdı.

“Belə görünür ki, hökumət vətəndaşlara bu yardımın partiya tərəfindən deyil, hökumət tərəfindən və bücədən edildiyini başa salmalıdır”, - deyə Eka Qiqauri bildirib.

Bizimlə əlaqə saxlayın