"2023-cü ildə Rusiya Ukraynada 2000-ə yaxın dinc sakini qətlə yetirib"
InterPress.ge xəbər verir ki, bunu Ukraynanın daxili işlər naziri İqor Klimenko G7-nin iclasında bəyan edib.
"Cari ilin 11 ayında ruslar Ukraynanın 24 vilayətinin məskunlaşdığı əraziləri 59 min dəfə bombalayıb. Nəticədə 11 min vətəndaş yaralanıb, 2 min nəfər həlak olub. Ən çox Zaporojye, Xerson, Donetsk, Xarkov, Sumı və Çerniqov rayonları bombalanıb"- Klimenko bildirib.
Klimenkonun sözlərinə görə, 2023-cü ilə qədər onun əlində sənədlərlə təsdiqlənmiş 101 min hərbi cinayətə dair sübutlar var. Cinayətlərə bombardmanlar, mülki şəxslərə qarşı zorakılıq və qanunsuz azadlıqdan məhrumetmə daxildir.
