03 
Dek
2023
11:41
323

Səhiyyə naziri: "İstənilən onkoloji xəstənin dövlət vəsaiti hesabına tam müalicə olunmaq imkanı var”

"İstənilən onkoloji xəstənin dövlət vəsaiti hesabına tam müalicə olunmaq imkanı var”.

InterPress.ge xəbər verir ki, bunu səhiyyə naziri Zurab Azaraşvili bildirib.

Onun izahatına görə, ölkə üzrə bütün xərçəng xəstələri, o cümlədən illik gəliri 40 000 laridən çox olan xəstələr üçün həm planlı, həm də təcili əməliyyatlar maliyyələşdiriləcək.

Zurab Azaraşvili uşaq onkologiyası haqqında da danışıb və qeyd edib ki, sözügedən proqram cari dövrdə həm nəticələri, həm də tibbi xidmətlərin keyfiyyətini xeyli yaxşılaşdıracaq.

"Ölkədə uşaq onkologiyası sahəsində problem çox ciddi idi. Valideynlərdən həm konkret tibb müəssisəsinə, həm də həkimlərə qarşı narazılıqlar olub. Sistemin tətbiqi çox çətindir, bu, müxtəlif yüksək ixtisaslı həkimlərlə, texnologiyalarla və bizim planlarımızla bağlıdır, mən Respublika Xəstəxanasını nəzərdə tuturam.

Yeni Respublika Xəstəxanasına uşaq onkologiyası istiqaməti də daxildir. Bu, uzun bir proses olduğundan, bu uşaqların xaricdə müalicəsini təklif etmək qərarına gəldik. Dövlətin maliyyəsi ilə onlar Türkiyə, İsrail və İspaniyanın aparıcı klinikalarında diaqnoz və müalicə ala biləcəklər.

Hər üç ölkədə 30-a yaxın uşaq müalicə olunur. Provayderləri əlavə edirik. Düşünürük ki, bu, həm də çox uğurlu layihədir, çünki uşaq onkologiyasının necə düzgün idarə olunmasını yaxşı gördük. Biz gələcəkdə bu təcrübəni mütləq nəzərə alacağıq və bu insanların məmnunluğu da çox önəmlidir.

İstər planlı, istərsə də təcili əməliyyatlara gəlincə, bütün onkoloji xəstələr bütün ölkə üzrə maliyyələşdiriləcək. Onların arasında illik gəliri 40.000 laridən çox olan xəstələr də var.

Həmçinin Səhiyyə Nazirliyi innovativ onkoloji dərman vasitələrinin birbaşa satınalma yolu ilə alınması prosesinə başlayıb. Sözügedən qaydaya əsasən, dövlət bahalı dərmanları xüsusi, xeyli aşağı qiymətə alacaq və onkoloji xəstələrin ehtiyaclarını tam ödəyəcək”, - Zurab Azaraşvili bildirib.

Məlumatı Səhiyyə Nazirliyi yayıb.

Bizimlə əlaqə saxlayın