Vətəndaşların nəzərinə! Bu şəxsiyyət vəsiqələri bu tarixdən ləğv ediləcək
2024-cü il iyulun 1-dən Gürcüstan vətəndaşlarının 2011-ci il iyulun 28-dək verilmiş qeyri-elektron şəxsiyyət vəsiqələri ləğv ediləcək.
InterPress.ge xəbər verir ki, bununla bağlı hazırlanan qanun layihəsi dekabrın 4-də Parlamentin Bürosuna təqdim olunacaq.
Layihənin təşəbbüskarları “Gürcü Arzusu”nun deputatlarıdır.
“Layihənin məqsədi Gürcüstan vətəndaşlarına yuxarıda qeyd olunan qeyri-elektron şəxsiyyət vəsiqələrini ID şəxsiyyət vəsiqələri ilə əvəz etmək üçün əlavə motivasiya verməkdir ki, bu da öz növbəsində sonrakı seçkilərin düzgün aparılmasına töhfə verəcək”, - qanun layihəsinin izahat kartında oxuyuruq.
Qeyd edək ki, hazırda Parlamentdə laminatlı şəxsiyyət vəsiqəsi olan seçicinin seçkilərdə səsvermə hüququnun saxlanılacağı layihəyə baxılacaq.


