02 
Dek
2023
12:16
709

Vətəndaş İnkişaf Məktəbinin üzvləri Baş Prokurorluqda olublar

Qırmızı Körpünün nümayəndələri və Vətəndaş İnkişaf Məktəbinin üzvləri Gürcüstanın baş prokurorluğunda Gürcüstanın Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti yanında Sərhəd Polisində İstintaq və Əməliyyat-axtarış fəaliyyətinə prosessual rəhbərlik departamentinin rəisi, həmçinin Xüsusi Dövlət Mühafizə Xidməti, Kəşfiyyat Xidməti, Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin dövlət tabeliyində olan qurumlarının rəhbəri Malxaz Kapanadze və Gürcüstan Baş Prokurorluğunun Peşəkar İnkişaf Mərkəzinin rəhbəri - Mirian Meqrelişvili ilə görüş keçiriblər.

InterPress.ge xəbər verir ki, görüş interaktiv xarakter daşıyıb.

Onlar prokurorluğun fəaliyyəti və funksiyaları, habelə prokuror və müstəntiq olmaq istəyənlər üçün staj proqramı və imkanları ilə tanış olublar. 

Qırmızı Körpü bildirib ki, bu tipli görüşlər etnik azlıqların inteqrasiyası prosesini daha da gücləndirir. Qırmızı Körpü qeyd olunan görüş üçün öz təşəkkürünü bildirib.

Qeyd edək ki, “Vətəndaş İnkişaf Məktəbi 2” BMT İnkişaf Proqramının (Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı) maliyyə dəstəyi ilə həyata keçirilir.

 

Bizimlə əlaqə saxlayın