Bu gün yeni şeyx seçkisi ilə bağlı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Ali Dini Şurasının iclası baş tutub.
InterPress.ge-nin məlumatına görə, uzun illər Gürcüstanda bir sıra dini və ictimai xidmətləri olan Hacı Faiq Nəbiyev Bütün Gürcüstan Müsəlmanları İdarəsinə 5 il müddətliyinə şeyx seçilib.
Məlumat üçün bildirək ki, şeyx seçkilərində üç namizəd - Alulbeytin Gürcüstan üzrə rəhbəri Hacı Faiq Nəbiyev, tanınmış din xadimi Hacı Qurban Murquzov və İdarənin əməkdaşı Kərbəlayi Vidadi Qurbanov iştirak edib.
