İti 8-ci mərtəbədən atan şəxs tutulub
Gürcüstan Prokurorluğu bir nəfəri heyvanla amansız rəftar və onun ölümünə səbəb olan zorakılıq faktında ittiham edib.
InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat verib.
Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilib ki, noyabrın 29-da Tbilisidə təqsirləndirilən şəxs atasına məxsus “Rottweiler” itinə zorakılıq tətbiq edib, sonra onu yaşayış binasının 8-ci mərtəbəsinin eyvanından atıb. İt təqsirləndirilən şəxsin hərəkəti nəticəsində ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi noyabrın 30-da tutublar. O, Gürcüstan Cinayət Məcəlləsinin 259-cu maddəsinin 3-cü hissəsi ilə (Heyvanla amansız rəftar və onun ölümünə səbəb olan digər zorakılıq hərəkətləri) ittiham olunur. Cinayət 1 ildən 4 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.


