Polşada 39 yaşlı Gürcüstan vətəndaşı tutulub.
InterPress.ge xəbər verir ki, məlumatı yerli media yayıb .
Onların verdiyi məlumata görə, sərxoş vəziyyətdə olan gürcü gənc soyuq silahla 2 dostunu yaralayıb. Biri döş qəfəsindən, digəri isə qarın nahiyəsindən yaralanıb.
Yaralılar tibb müəssisəsinə yerləşdirilib.
39 yaşlı kişi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutularaq barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
.jpg)