İsrail Müdafiə Qüvvələri: “HƏMAS ilə atəşkəs razılaşmasının daha bir gün uzadılmadığı təqdirdə İsrail Qəzza zolağında döyüşləri bərpa etməyə hazırdır”
“Həmas”la atəşkəs razılaşması daha bir gün uzadılmasa, İsrail Qəzza zolağında döyüşləri bərpa etməyə hazırdır"
InterPress.ge xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri bildirib.
"Hazırda biz irəliləyiş əldə edirik və əvvəllər əldə edilmiş razılaşma çərçivəsində qaytarılmalı olan əlavə girovların azad edilməsini gözləyirik", - Həcəri bildirib.
Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri “Həmas”la mövcud razılaşmanın davam etdirilməsində “israr edib” ki, bu saziş çərçivəsində terrorçu qrup girov götürülmüş uşaq və qadınları azad etməlidir.
“Vasitəçilər Qətər və Misir bununla da atəşkəs rejimini davam etdirmək üçün razılaşmanın şərtlərinin yerinə yetirilməsini uzatmağa borcludurlar. İsrail Müdafiə Qüvvələri döyüşləri davam etdirməyə hazırdır. Biz bu gün də daxil olmaqla istənilən saat hücuma hazırıq”, - Həcəri əlavə edib.