“Tbilisi Energy” bu abonentlər üçün təbii qazın qiymətini artıracaq
“Tbilisi Energy” MMC-nin qeyri-məişət müştəriləri üçün təbii qazın qiyməti 2024-cü il yanvarın 1-dən artırılacaq.
InterPress.ge xəbər verir ki, bu barədə“Tbilisi Energy” MMC-dən məlumat verilib.
Məlumata görə, yanvarın 1-dən “Tbilisi Energy” MMC-nin qeyri-məişət müştərilərinə verilən təbii qazın qiyməti 1 kubmetr üçün 1,24 (bir lari və 24qəpik) əvəzinə əlavə dəyər vergisi də daxil olmaqla 1,29 (bir lari və 29 qəpik) lari olacaq.
“Tbilisi Energy MMC yarım milyondan çox müştəriyə, o cümlədən 20 000-ə qədər qeyri-məişət abonentinə xidmət göstərən paytaxtın ən böyük təbii qaz paylama lisenziyaçısıdır. Şirkətin lisenziya şərti istehlakçıların təhlükəsiz və fasiləsiz qaz təchizatıdır.
Təchizatçılar tərəfindən alınan təbii qazın qiymətinin artması ilə əlaqədar şirkət məişətdənkənar tarifə uyğunlaşmaq məcburiyyətindədir. Buna əsasən, 2024-cü il yanvarın 1-dən “Tbilisi Energy” MMC-nin qeyri-məişət istehlakçılarına verilən təbii qazın qiyməti 1 kubmetr üçün 1,24 lari (bir lari və 24qəpik) əvəzinə əlavə dəyər vergisi də daxil olmaqla1,29 (bir lari və 29 qəpik) olacaq.
Onu da qeyd etmək istərdik ki, təbii qazın qiyməti məişət müştəriləri üçün dəyişmir və tarif yenə də hər kubmetr üçün 0,539708 lari olacaq”, - məlumatda deyilir.