30 
Nybr
2023
15:35
839

Çində yeni xəstəlik növü yayılıb, xəstəxanalar dolub

Çində uşaqlar arasında sətəlcəm və tənəffüs yolu xəstəliklərinin yeni formaları qeydə alınıb. Bir çox şəhərlərdə, o cümlədən Pekində, xəstəxanalar dolub.

InterPress.ge xəbər verir ki, məlumatı strana.today saytı yayıb.

Tələbat çox olduğundan xəstələr saatlarla növbəyə durmalı olurlar.

Həkimlər deyir ki, xəstələrdə öskürək yoxdur, yüksək hərarət var, xüsusilə ağır hallarda həkimlər onlara damcı verirlər.

Ümumdünya Səhiyyə Təşkilatı Çin hakimiyyətindən bu virusun yaratdığı xəstəlik haqqında tam məlumat verməsini tələb edir. Çin rəsmiləri bunun yeni bir virus olmadığını, tənəffüs yolu xəstəlikləri, adenovirus və qrip kimi müxtəlif infeksiyaların birləşməsindən qaynaqlandığını deyirlər.

Çində bunun koronavirus kimi yeni bir epidemiya olduğuna dair şayiələr yayılır, lakin hökumət hələ bu barədə danışmır. Bundan əlavə, belə bir fikir var ki, Çində xəstəliklərin artması sərt məhdudiyyətlərdən imtinanın nəticəsidir. 

Bizimlə əlaqə saxlayın