Keçmiş həyat yoldaşının evinə dinləmə cihazları yerləşdirən şəxs saxlanıldı
Xüsusi İstintaq Xidməti bir nəfəri keçmiş həyat yoldaşının evinə dinləmə cihazları quraşdırıb ona nəzarət etmək faktına görə tutub.
InterPress.ge-nin xəbərinə görə, məlumatı Xüsusi İstintaq Xidməti yayıb.
İstintaq müəyyən edib ki, Tbilisi şəhərində yaşayan 1979-cu il təvəllüdlü təqsirləndirilən şəxs keçmiş həyat yoldaşının mənzilinin qonaq otağında və yataq otağında gizli dinləmə cihazları quraşdırıb və aylarla qanunsuz olaraq ona nəzarət edib.
Xüsusi İstintaq Xidməti zərərçəkmiş qadın müraciət etdikdən sonra onun konfidensiallığını tam qorumaqla əməliyyat-istintaq tədbirləri həyata keçirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 158-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayətə görə saxlanılıb.
Cinayət 4 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Faktla bağlı istintaq davam edir.


