InerPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar Departamenti məlumat verib.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Qudauri (post)-Kobi hissəsində nəqliyyatın hərəkəti dayanmadan, yalnız uçqun tunelləri vasitəsilə həyata keçiriləcək.
Tunellərdə tutumu 30-dan çox olan qoşqu, yarımqoşqu və avtobusların hərəkəti birtərəfli davam edəcək.
Qeyd olunan rejimdə yolların hərəkəti patrul polisinin bilavasitə nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək.
