“HƏMAS” vasitəçilərə bildirib ki, İsrail tərəfindən saxlanılan məhbusların mövcud atəşkəsin şərtlərinə uyğun olaraq azadlığa buraxılmasını davam etdirmək üçün atəşkəsi dörd gün uzatmağa hazırdır”.
InterPress.ge xəbər verir ki, AFP agentliyi HƏMAS-a yaxın mənbəyə əsaslanaraq bu barədə məlumat yayıb.
Xatırladırıq ki, bu gün İsrail və HƏMAS arasında əldə olunan razılaşmanın son günüdür.
