Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Sarp” gömrük-keçid məntəqəsində xarici ölkə vətəndaşının yoxlanılması nəticəsində külli miqdarda bəyan edilməmiş qızıl-zinət əşyaları (ümumi çəkisi - 171 qram) aşkar edilib.
InterPress.ge xəbər verir ki, məlumatı Gəlirlər Xidməti yayıb
Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 146 000 lari təşkil edib.
İş materialları cavablandırılması üçün Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib.
