Azərbaycanın hökumət rəsmisi: "Azad edilmiş ərazilərin 80 %-i hələ də minalardan təmizlənməyib"
"Azad edilmiş ərazilərin 80 %-i hələ də minalardan təmizlənməyib".
InterPress.ge xəbər verir ki, bunu Azərbaycanın Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov Bakıda keçirilən "Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı ikinci beynəlxalq texniki konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, minalar, partlamamış hərbi sursatların ərazidə olması yenidənqurma işlərini, insanların öz yurdlarına qayıtmasını çətinləşdirir: "Minadan təmizlənmə çox vaxt aparan və baha başa gələn bir prosesdir. Artıq üç ildir Azərbaycan ərazilərini işğaldan azad edib və bu 30 il ərzində həmin ərazilər kifayət qədər dağıdılıb, dini-mədəni abidələr məhv edilib, ərazi tamamilə minalarla çirkləndirilib, minalar bütün ərazilərdə pərakəndə şəkildə basdırılıb. Hətta qəbiristanlıqlar, əkin sahələri belə minalanıb".
Hökumət rəsmisi eynizamandaqeydedibki, 2020-ci ilin noyabr ayından bu günə qədər aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 111 207 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib. Bir sözlə, ümumilikdə, 109 552 mina və müharibənin digər partlayıcı qalıqları, o cümlədən 30 753 piyada əleyhinə mina, 18 531 tank əleyhinə mina və 60 268 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.


