“Dərman vasitələri və əczaçılıq fəaliyyəti haqqında” qanuna dəyişiklik Səhiyyə komitəsində üçüncü oxunuşda dəstəklənib
Səhiyyə və Sosial Məsələlər Komitəsi “Dərman vasitələri və əczaçılıq fəaliyyəti haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlara dəyişiklikləri üçüncü oxunuşda dəstəkləyib.
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə,hökumətin qanunvericilik təşəbbüsünü deputatlara səhiyyə nazirinin birinci müavini Tamar Qabunia təqdim edib.
“Dəyişikliklərə əsasən, dövlət istehsalçı və ya ticarət lisenziyasının sahibi ilə birbaşa danışıqlar yolu ilə xüsusi şərtlərlə əczaçılıq məhsullarını xeyli aşağı qiymətə ala biləcək.
Tamar Qabunianın sözlərinə görə, bu yolla daha çox xəstənin müalicəsini maliyyələşdirmək və dərman vasitələrinə çıxış imkanlarını artırmaq mümkün olacaq. Həmçinin, dövlət vəsaitinin xərclənməsinin səmərəliliyi artırılacaq və maliyyələşdirilən dərman vasitələrinin sayı artacaq”, - məlumatda deyilir.


