Fövqəladə Hallar Xidməti əhaliyə xəbərdarlıq edir
Gürcüstanın müxtəlif bölgələrində güclü külək və fırtına ilə əlaqədar Fövqəladə Hallar Xidməti əhalini sahil xətti ilə hərəkətdən çəkinməyə çağırır.
InterPress.ge xəbər verir ki, bu barədə Fövqəladə Hallar Xidmətinin məlumatında qeyd olunub.
Məlumata görə, yanğınsöndürənlər və xilasedicilər öz səlahiyyətləri daxilində müvafiq işləri yerinə yetirirlər.
"Gürcüstanın müxtəlif bölgələrində güclü külək, güclü yağıntı və fırtına ilə əlaqədar Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətinin yanğınsöndürənləri, patrul polisi və kriminal polis idarəsinin əməkdaşları yerli bələdiyyələrin nümayəndələri ilə birgə səfərbər olunub və hazırda öz səlahiyyətləri daxilində müvafiq işləri həyata keçirirlər.
Əhalini, xüsusən də sahilyanı ərazilərdə yaşayan vətəndaşları fırtına və pis hava şəraiti ilə əlaqədar sahil xəttinə yaxınlaşmaqdan çəkinməyə çağırırıq”, - məlumatda deyilir.


