Prokurorluq həyat yoldaşını və iki nəfəri öldürməyə cəhd edən şəxslə bağlı məlumat yayıb
Gürcüstan Prokurorluğu həyat yoldaşını və iki nəfəri ağırlaşdırılmış şəraitdə öldürməyə cəhd və həyat yoldaşına zor tətbiq etmə faktları üzrə bir nəfəri ittiham edib.
InterPress.ge xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.
Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, Tbilisi şəhərində əcnəbi vətəndaş K.V. arvadı L.C.-ni zor tətbiq edərək avtomobilinə mindirib.
Q.M. və S.B. zərərçəkmişə kömək etmək istəyiblər, buna görə təqsirləndirilən şəxs öldürmək üçün avtomobili yüksək sürətlə həyat yoldaşı və onların olduğu istiqamətə sürüb.
Təqsirləndirilən şəxsin həyat yoldaşı qaçmağa nail olub, avtomobilin vurması nəticəsində Q.M. və S.B.-nın səhhətlərinə ciddi xəsarətlər dəyib, bundan sonra təqsirləndirilən şəxs arvadını tutaraq kəsici alətlə bir neçə dəfə xəsarət yetirib, lakin hadisə yerinə toplaşan insanlar onun qarşısını ala bilib, bu səbəbdən K.V. niyyətini həyata keçirə bilməyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi hadisə yerində yaxalayıb. Cinayət 16 ildən 20 ilədək həbs cəzası nəzərdə tutur.


