26 
Nybr
2023
14:44
1023

Əhaliyə xəbərdarlıq edildi - Hava şəraiti pisləşəcək

Gürcüstanda hava şəraiti pisləşəcək.

InterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Məlumata görə, noyabrın 27-dən 28-dək Gürcüstanda yağış, yüksək dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə güclü qar fırtınası, qar uçqunu olacağı, qərb küləyinin güclənəcəyi, dənizdə 5-6 bal gücündə fırtına olacağı gözlənilir.

"Yağıntılar çaylarda suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, dağlıq ərazilərdə sürüşmələrə səbəb ola bilər. Dağlıq və yüksək dağlıq ərazilərdə gözlənilən güclü qar yağması, uçqun təhlükəsi və görmə məsafəsinin pisləşməsi ilə əlaqədar avtomobil yollarının bəzi hissələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması mümkündür", - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın