Zurabişvili Ukraynaya həmrəyliyini bildirib
"Qolodomorun anım günündə mən Ukrayna ilə həmrəyliyimi bildirirəm, 90 il sonra da zülmkar təcrübələrə müqavimət bizim ümumi borcumuz olaraq qalır".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili şəxsi Twitter səhifəsində yazıb.
“Qolodomorun anım günündə mən Ukrayna ilə həmrəyliyimi bildirirəm, biz sovet rejiminin terrorunun qurbanlarını yad edirik.
90 ildən sonra zülmkar təcrübələrə müqavimət bizim ümumi borcumuz olaraq qalır ki, tarixin təkrarlanmamasını təmin edək”, - Zurabişvili yazıb.
Ukraynalı həmkarı Vladimir Zelenski postun şərhlərində Gürcüstan prezidentinə cavab verib.
“Qolodomorun anım günündə Ukrayna ilə həmrəyliyinizi yüksək qiymətləndirirəm. Xalqlarımız Moskvanın aqressiv siyasətinin çoxlu əzab-əziyyətlərini çəkiblər. Azadlığımızı və xalqımızı qorumaq üçün bir-birimizə dəstək olmalıyıq”, - Zelenski yazıb.


