Azyaşlıya qarşı cinsi xarakterli hərəkətlər etməkdə ittiham edilən şəxs saxlanılıb
Bir nəfər azyaşlıya qarşı cinsi xarakterli hərəkətlər etməkdə ittiham olunaraq saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
Nazirliyin məlumatına əsasən, təqsirləndirilən şəxs əvvəlcədən tanışı olan , azyaşlı qızı küçədə təqib edərək ona qarşı seksual xarakterli hərəkətlər edib.
“Aparılan əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə Baş İdarəsinin əməkdaşları, əvvəllər məhkum olunmuş 1970-ci il təvəllüdlü B.İ. əvvəlcədən tanışı olan yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi xarakterli hərəkətlərdə ittiham olunaraq saxlanılıb.
Cinayət 11 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs əvvəlcədən tanışı olan azyaşlı qızı küçədə təqib edərək ona qarşı seksual xarakterli hərəkətlər edib.
İş üzrə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqsirləndirilən şəxs “isti izlər”lə yaxalanıb.
Azyaşlıya qarşı cinsi hərəkətlər faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 138-ci maddəsinin 3-cü hissəsinin “a” bəndi ilə aparılır”, - məlumatda deyilir.


