25 
Nybr
2023
12:13
1187

İşləyən qadınların cinsi sıxışdırılması faktlarına daha çox tekstil sahəsində rast gəlinir

Həmkarlar İttifaqının məlumatına görə, Gürcüstanda iş yerlərində cinsi əsaslı zorakılıq böyük problem olaraq qalır.

InterPress.ge xəbər verir ki, bununla bağlı Həmkarlar İttifaqı bəyanat yayıb.

Bildirilib ki, “Həmkarlar İttifaqı” illərdir ki, dövləti əmək sahəsində zorakılıq və təqib hallarının aradan qaldırılması üçün konkret addımlar atmağa çağırır.

"Problem ondadır ki, bir çox qadın cəmiyyətin qavrayış və qiymətləndirmələrindən qorxaraq açıq danışmır və ya danışa bilmir. Lakin buna baxmayaraq, təəssüflər olsun ki, qadınların Həmkarlar İttifaqına müraciətləri artır. Qurum müvafiq məhkəmə işlərini də aparır.

Toxuculuq istehsalı sahəsində Həmkarlar İttifaqı tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, Gürcüstanda işləyən qadınların 32,5%-i təqiblərə məruz qalır. Belə faktların ən çox rast gəlindiyi sektor budur. Bununla belə, başqa sahələrdə də çoxlu təzyiq hallarına rast gəlinir. 

Buna görə də BƏT-in 190 saylı Konvensiyasının ratifikasiya prosesini sürətləndirməyə və vaxtında dəstəkləməyə çağırırıq. Bu, ilk mərhələdə qadınların iş yerində zorakılıq və təqiblərdən qorunmasını təmin edən təsirli vasitələrdən biri olacaq".

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər