24 
Nybr
2023
11:08
268

İsrail və HƏMAS arasında 4 günlük atəşkəs razılaşması qüvvəyə minib

Yerli vaxtla saat 07:00-dan etibarən İsrail və HƏMAS arasında 4 günlük atəşkəs razılaşması qüvvəyə minib.

InterPress.ge xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Nəşr bildirir ki, müvəqqəti atəşkəsdən əvvəl İsrailin Qəzza zolağı ilə həmsərhəd şəhərlərində raket həyəcanı eşidilib, Qəzzada isə İsrail Müdafiə Qüvvələri tərəfindən intensiv atəşə tutulma barədə məlumatlar yayılıb.

Nəşrin məlumatına görə, İsrail ordusu müvəqqəti atəşkəsdən əvvəl HƏMAS-a qarşı maksimum irəliləyiş əldə etməyə çalışıb.

Qətər vasitəçilərinin bildirdiyinə görə, yerli vaxtla saat 16:00-da Qəzzada 13 girov azad ediləcək, bundan sonra İsrail həbsxanalarından fələstinli məhbuslar azad ediləcək.

Ümumilikdə yaxın 4 gün ərzində “HƏMAS” tərəfindən girov götürülən 50 qadın və uşağın azad edilməsi planlaşdırılır. Eyni müddət ərzində İsrail 150 fələstinli məhbusu - əsasən qadınlar və azyaşlıları azad etməyi planlaşdırır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər