Prokurorluq Ortaçalada azyaşlının ölümü ilə bağlı yük maşınının sürücüsünə ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu Ortaçalada azyaşlının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bir nəfərə qarşı ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Daxili İşlər Nazirliyində aparılan araşdırmalarla müəyyən edilib ki, noyabrın 21-də Tbilisi şəhərinin Vaxtanq Qorqasali və B.Kalandadze küçələrinin kəsişməsində yük maşınının sürücüsü nəqliyyat vasitəsinin təhlükəsiz idarə edilməsini təmin etməyib və nəticədə piyada səkisində azyaşlı piyadanı vurub. Aldığı xəsarətlər nəticəsində zərərçəkən yerindəcə ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə ittiham olunub və bu, 4 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edir.


