Latviya Seymi Ukrayna və Moldova ilə Avropa İttifaqına daxil olmaq üzrə danışıqların başlanmasını dəstəkləyib
Latviya Seymi Ukrayna və Moldova ilə Avropa İttifaqına daxil olmaq üzrə danışıqların başlanmasını dəstəkləyib.
InterPress.ge- nin məlumatına görə, bu barədə Latviya Seyminin mətbuat xidməti xəbər verir.
“Latviya Aİ-dəki tərəfdaşlarına azadlıq, demokratiya, qanunun aliliyi və insan haqlarını dəstəkləyən insanlara dəstəyin gücləndirilməsinin vacibliyini xatırlatmaq üçün xüsusi məsuliyyət daşıyır”, - Latviya Seyminin bəyanatında deyilir.
Latviya Seyminin deputatlarının bəyanatında Aİ-yə üzv dövlətlər Avropa Komissiyasının tövsiyələrini dəstəkləməyə, Ukrayna və Moldovanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını təsdiqləməyə çağırılır.
“Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə və Moldovada davam edən hibrid müharibəsinə baxmayaraq, bu ölkələr həm dəyərlər, həm də idarəetmə baxımından Aİ-yə daha da yaxınlaşmaq üçün böyük səylər göstəriblər. Seymin bəyanatı bu siqnalı xeyli gücləndirəcək”, - Latviya Seyminin Avropa məsələləri üzrə komitəsinin sədri Edmunds Çepuritis bildirib.


