İsraillə “Həmas” qruplaşması arasında atəşkəs razılaşması əldə olunub.
InterPress.ge xəbər verir ki, bu barədə İsrail mətbuatı Qətər Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Atəşkəs razılaşmasının noyabrın 24-ü saat 07:00-da qüvvəyə minəcəyi, girovların azad edilməsinə isə saat 16:00-da başlanacağı açıqlanır.
Nazirliyin mətbuat katibinin sözlərinə görə, cümə günü 13 qadın və uşaq azadlığa buraxılacaq. Rəsmi Qətər iddia edir ki, “Həmas” artıq azad ediləcək girovların siyahısını İsrail kəşfiyyatına verib.
