06 
Avq
2020
20:11
2994

Gürcüstanda qalan xarici ölkə vətəndaşlarının nəzərinə

Koronavirus səbəbindən Gürcüstanda qanuni qalma müddəti bitmədən ölkəni tərk edə bilməyən əcnəbilərə dekabrın 31-dək qalmasına icazə verilir.

InterPress.ge xəbər verir ki, müvafiq sərəncam Gürcüstan hökuməti tərəfindən verilib.

"14 mart 2020-ci il tarixinə qədər Gürcüstan ərazisində qanuni şəkildə olmuş və Gürcüstanda qanuni qalma müddətinin bitməsindən əvvəl ölkəni tərk edə bilməyən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, əgər onun Gürcüstan ərazisində olması aşağıdakı hallardan qaynaqlanırsa, 31 dekabr 2020-ci il tarixinədək Gürcüstan ərazisində olmaq hüququna malikdir.

Şəxsin vətəndaşı olduğu ölkə müvafiq dövr üçün yüksək risk zonasına daxil edilmişdirsə;

Sərhəd keçidinə məhdudiyyət müvafiq dövlət tərəfindən qoyulubsa;

Bir şəxs xəstəxanaya yerləşdirildikdə, karantindədirsə və ya bir sağlamlıq vəziyyətinə görə özünü təcrid edirsə;

Bir şəxs müəyyən edilmiş müddətdə təxirə salınmış uçuşlara görə ölkəni tərk edə bilmirsə" - deyə hökumətin qərarında deyilir.

Bizimlə əlaqə saxlayın