Finlandiya biri istisna olmaqla, Rusiya ilə bütün sərhəd məntəqələrini bağlayır.
InterPress.ge xəbər verir ki, bu barədə ölkənin baş naziri Piter Orpo bildirib.
Finlandiya hökumətinin qərarına əsasən, noyabrın 25-nə keçən gecə Finlandiya ilə Rusiya arasında quru sərhədində 7 buraxılış məntəqəsi - İmatra, Kuusamo, Niirala, Niuyamaa, Sala, Vaalima və Vartius bağlanacaq.
Finlandiya-Rusiya sərhədinin yalnız bir keçid məntəqəsi - Raya-Joosepi işləyəcək, burada sığınacaq axtaran şəxslər beynəlxalq müdafiə üçün müraciət edə biləcəklər.
Məlumat üçün bildirək ki, sözügedən sərhəd məntəqəsi coğrafi baxımdan ən çətin yerdə yerləşir və gündə cəmi 4 saat işləyir.
