06 
Avq
2020
18:36
2647

Gürcüstanla bu ölkə arasında uçuşlar başlayır

“Eqeo aviaxəttələri” ilə razılıq əldə edilib və avqust ayının sonunadək Aten və Tbilisi arasında 1 uçuş həyata keçiriləcək".

InterPress.ge xəbər verir ki, bu barədə İqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava qeyd edib.

Bununla bərabər nazir, Gürcüstan və Yunanıstanın arasında olan əlaqənin möhkəm və heç bir kölgənin mövcud olmadığını qeyd etdi.

“Demək istəyirəm ki, Yunanıstan hökumətindən çox razıyıq. Bu vaxt ərzində aktiv kommunikasiyamız vardı. Bizim və Yunanıstanın siyasi, turistik, iqtisadi əlaqələr çox möhkəm və pozitivdir. Gürcüstan və Yunanıstanın arasında olan əlaqə möhkəmdir və heç bir kölgə mövcud deyil. Uçuşlara gəldikdə isə Yunanıstanda da epidemioloji vəziyyət ürəkaçan deyil. Müəyyən ölçülər götürülür. Görürsünüz ki, biz aktiv uçaşlar bərpa etdik. Uçuşlar təbii ki istədiyimiz və keçən ilki kimi həyata keçmir. Danışıqları bu gün bitirdik və qərar qəbul etdik ki, Avqust ayının sonunadək bir dəfə Aten istiqamətilə uçuş həyata keçsin”, - dedi Turnava.

Bizimlə əlaqə saxlayın