06 
Avq
2020
17:06
2515

Baş nazir növbəti sosial yardımdan danışdı

"İl sonunadək əgər belə davam etsə o zaman əmin olun ki, gələn ilin başlanğıcında da növbəti sosiyal paket hazırlanmalı olacaq".

InterPress.ge xəbər verir ki, bu haqda ölkənin baş naziri Qiorqi Qaxaria bu gün qurumlararası koordinasiya şurasının iclasında vurğulayıb.

Qaxarianın sözlərinə görə, “Uzunmüddətli dərin iqtisadi böhrana daxil oluruq”.

“Baxmayaraq ki, biz birbaşa avia uçuşları bərpa etdik, bu dənizdən bir damcıdır. Bununla paralel olaraq qlobal iqtisadiyyatın vəziyyəti nəzərə alınasıdır. Bu il sonunadək və ya gələn ilədək iqtisadi böhrandan çıxış yolları haqqında heç kim düşünmür. Buna görə də haməməz yaxşı başa düşürük ki, Uzunmüddətli dərin iqtisadi böhrana daxil oluruq. Hökümətin əsas məsuliyyəti öz vətəndaşlarının qayğısına qalmaqdır. Bu gün ki gündə ən həssas qruplar hansıdır? Təbii ki, uşaqlardır. Siz elə bilirsiniz ki, bu qərar bir gün içində verilib?. Biz bu qərarı beynəlxalq tərəfdaşlarla uzunmüddtəli danışıqlardan sonra qəbul etdik. Bizim Stopcov fondumuz olmasaydı bunu bacara bilməzdik. Bu sayda uşaqlara kömək edə bilməzdik.İl sonunadək əgər belə davam etsə o zaman əmin olun ki, gələn ilin başlanğıcında da növbəti sosiyal paket hazırlanmalı olacaq. İndi bizə geniş sosiyal qruplara yardım etməyimiz lazımdır”, - dedi Qaxaria.

Bizimlə əlaqə saxlayın