Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Saxta valyuta satmaq faktı ilə bağlı dörd nəfər saxlanıldı

620
Saxta valyuta satmaq faktı ilə bağlı dörd nəfər saxlanıldı
Dinləmək üçün basın

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində külli miqdarda saxta valyuta satmaq faktı ilə bağlı 4 nəfər saxlanılıb.

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində külli miqdarda saxta valyuta satmaq faktı ilə bağlı 4 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, məlumatı İstintaq Xidməti yayıb.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi gəlir əldə etmək məqsədilə Tbilisi şəhərində 29 900 ABŞ dolları dəyərində saxta 100 dollarlıq əskinas satıblar.

Bundan əlavə, təqsirləndirilən şəxslərdən əlavə olaraq 2 ədəd 100 dollarlıq və 1 ədəd 50 avroluq saxta əskinaslar götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 7 ildən 10 ilədək həbsi nəzərdə tutan 212-ci maddəsinin ikinci hissəsi ilə aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →