21 
Nybr
2023
17:16
332

Ortaçalada yük maşınının vurduğu azyaşlı dünyasını dəyişib

Ortaçalada, Qorqasali 41 ünvanında yük maşınının vurduğu 15 yaşlı yeniyetmə yerindəcə dünyasını dəyişib.

InterPress.ge xəbər verir ki,  məlumata görə, hadisə anidən yük maşının hərəkətə düşməsindən yaranıb.

Həmçinin, baş vermiş qəza ilə bağlı Tbilisi meriyası məlumat yayıb: 

Nəzərinizə çatdırırıq ki, Krtsanisi küçəsində (Kalandadze küçəsi ilə üzbəüz) abadlıq işləri yekunlaşıb və bu mərhələdə heç bir iş görülmür. Adıçəkilən küçədə “İber” şirkəti işləyirdi. Kalandadze küçəsində baş vermiş faciənin bələdiyyənin gördüyü işlərlə heç bir əlaqəsi yoxdur", - meriyanın məlumatında bildirilir.

Xatırladırıq ki, bu gün Ortaçalada Qorqasali  və Kalandadze küçələrinin kəsişməsində yük maşını 15 yaşlı yeniyetməni vurub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin altıncı hissəsi ilə araşdırma başlanılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər