Qəzza zolağında ölənlərin sayı 13300-ü ötüb.
InterPress.ge xəbər verir ki, bu barədə Qəzza Hökumətinin mətbuat xidməti məlumat yayıb.
O cümlədən, eyni hesabata görə, Qəzza zolağında baş verən bombardmanlar nəticəsində ölənlərin sayı 13300-ü ötür ki, onların da 5600-ü uşaqlardır.
Bundan əlavə, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, səhiyyə sistemi çökdüyü üçün ölən və yaralananlarla bağlı məlumatları mütəmadi olaraq yeniləyə bilmir.
