20 
Nybr
2023
09:19
254

Mixeil Saakaşvili səhhəti yaxşılaşdıqda, həbsxanaya qaytarılacaq

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin səhhəti yaxşılaşdıqda, o, həbsxanaya qaytarılacaq.

InterPress.ge xəbər verir ki, bunu ədliyyə naziri Rati Breqadze Gürcüstanın “İmedi” telekanalına müsahibəsində deyib.

O, qeyd edib ki, Saakaşvilinin xəstəxanadan həbsxanaya köçürülməsi qərarı siyasi ola bilməz, bu, həkimlərin tövsiyələrinə əsaslanacaq.

Breqadzenin sözlərinə görə, Gürcüstanda məhbuslar səhhətlərini yaxşılaşdırmaq üçün lazım olan müddətdə xəstəxanada qala bilərlər.

“Həkim tövsiyəsi olan kimi onu (Saakaşvilini-red) (həbsxanaya-red) köçürəcəyik, çünki bu məsələ ilə bağlı başqa qərar qəbul etmirik, hər hansı siyasi qərar qəbul etmək istisnadır”, - Ədliyyə Nazirliyinin rəhbəri bildirib.

Onun sözlərinə görə, Saakaşvilinin səhhəti yaxşılaşıb.

Noyabrın 15-də Breqadze bildirib ki, Ədliyyə Nazirliyi ölkənin keçmiş prezidentinin 2022-ci ilin mayından həbsxanaya qaytarılması məsələsinə baxılması üçün həkimlərin rəyini gözləyir.

Bizimlə əlaqə saxlayın