
Gürcüstanda 354 min pensiyaçı pensiya krediti götürüb
Gürcüstanda 354 min pensiyaçı və sosial işçi müavinət alan şəxs pensiya krediti götürüb.
InterPress.ge xəbər verir ki, bu “Liberty Bank”ın Milli Banka təqdim etdiyi hesabatda təqdim olunub.
Qeyd edəl ki, bu, müxtəlif sosial müavinətlər alan əhalinin ⅓ hissəsindən çoxdur.
Üçüncü rübdə pensiya kreditlərinin ümumi portfeli 1 milyon lari azalaraq 401 milyon lariyə çatıb. Bu, Liberty Bank-ın 2,6 milyard larilik kredit portfelinin 15,5%-ni təşkil edir.
Maliyyə hesabatından aydın olur ki, bir pensiya kreditinin orta ölçüsü 1132 lari təşkil edir.
Bundan əlavə, III rüb ərzində verilən pensiya kreditləri üzrə orta çəkili nominal faiz dərəcəsi 29,4% təşkil edib. Statistik məlumatlardan aydın olur ki, bu kreditlərin orta effektiv dərəcəsi əvvəlki illə müqayisədə 5,5 faiz bəndi azalıb.
Məlumat üçün bildirək ki, 2022-ci ilin mayında “Liberty Bank” növbəti dəfə dövlətin elan etdiyi tenderin qalibi olub və növbəti 7 il üçün pensiyaların verilməsi hüququnu əldə edib. Bu xidmətdə bank hər il dövlətdən 15 milyon lari və ya ümumilikdə 105 milyon lari alacaq.
Göstərici həm yaşa görə pensiyaçıların, həm də sosial pensiya alanların göstəricisini əhatə edir.