Yunanıstanda, Kritdə 2 Gürcüstan vətəndaşı oğurluq ittihamı ilə saxlanılıb.
InterPress.ge xəbər verir ki, Yunanıstan polisinin məlumatına görə, aprelin 11-dən avqustun 17-dək olan müddətdə gürcülər 100 min avrodan çox dəyərində qızıl-zinət əşyaları oğurlayıb, sonra isə onu satıb yarısını xərcləyiblər.
Heraklion Təhlükəsizlik Departamentinin məlumatına görə, iş üzrə istintaq hələ də davam edir. Digər təfərrüatlar hələlik məlum deyil.
