Temperatur -5 dərəcəyə enəcək, qar və güclü külək gözlənilir
Son bir neçə gündə Gürcüstanda havanın temperaturu aşağı düşüb, dağlıq ərazilərdə ilk qar yağıb.
InterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyinin hidrometeoroloji proqnozlar şöbəsinin rəhbəri Svetlana Nioradzenin verdiyi məlumata görə, noyabrın 19-dan 21-dək havanın temperaturu yenidən aşağı düşəcək, qar yağacaq.
“Noyabrın 17-də yağıntılı hava şəraiti günün ikinci yarısına kimi davam edəcək. Şərqi Gürcüstanda az yağıntı olacaq. Yüksək dağlıq ərazilərdə qar yağacaq, xəbərdarlıq etmişik. Həmçinin güclü küləyin əsəcəyi gözlənilir.
Noyabrın 18-də Gürcüstanda hava yağmursuz keçəcək. Ayın 19-da yenidən qar yağacağını gözləyirik. 20-21-də hava pisləşəcək. Qərbi Gürcüstanın yüksək dağlıq ərazilərində gecə -5 dərəcə şaxta olacaq. Lakin bu, uzun sürməyəcək və tezliklə hava açılacaq”.