06 
Avq
2020
14:30
2938

Baş nazir yardımlarla bağlı açıqlama verdi

"Hökumət tərəfindən yeni sosial yardım proqramının büdcəsi 410 milyon larini təşkil edir".

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir Qiorqi Qaxaria açıqlama verib.

Onun sözlərinə görə, yeni sosial yardım paketinin bir hissəsi stopcov fondunda toplanan məbləğdən maliyyələşdirilib.

“Qeyd edim ki, stopcov fonduna 130 milyon lari toplanıb. Bu da artıq büdcənin puludur, büdcənin bir hissəsidir. Proqramın bir hissəsi bu fonddan digər hissəsi isə mərkəzi büdcədən maliyyələşdirilib. Bu yardımın məqsədi konkret sosial qruplara və ilk növbədə uşaqlara yardım olunmasıdır”, - deyə Qaxaria bildirib.

Onun sözlərinə görə, kommunal ödənişlər üçün isə 200 milyon lari ayrılıb. Uşaqların yardım paketinə isə 170 milyon lari.

Bizimlə əlaqə saxlayın