Moldova Rusiyaya qarşı sanksiya paketlərinə qoşulub
Moldova Aİ-nin Rusiyaya qarşı 4 sanksiya paketində iştirak edir.
InterPress.ge xəbər verir ki, bu barədə Moldovanın xarici işlər naziri Niku Popesku keçirdiyi mətbuat konfransında bildirib.
Popesku qeyd edib ki, son il yarım ərzində
Moldova bir sıra dövlətlərə, o cümlədən Rusiyaya qarşı sanksiya paketlərinə qoşulub.
“Moldovaya iqtisadi təsirləri təhlil edən daha bir neçə sanksiya paketi var. Təbii ki, bizim məqsədimiz ölkəmizin sabitliyini, təhlükəsizliyini qorumaqdır. Moldovanın yeni sanksiya paketlərinə qoşulması ilə bağlı bütün qərarlar təhlil edilir...
Rusiya Federasiyasının vətəndaşlarına və ya hüquqi şəxslərinə tətbiq olunan altı sanksiya paketi var. Hazırkı mərhələdə Moldova onlardan dördünə qoşulub”, - deyə Popesku bildirib.


