Prokurorluq bir nəfəri nikaha məcbur etmə faktı ilə ittiham edib
Gürcüstan Prokurorluğu bir nəfərə qarşı nikaha məcbur etmə və təqib etmə faktına görə ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
Məlumat görə, Daxili İşlər Nazirliyində aparılan istintaq zamanı təqsirləndirilən şəxsin cinsi dözümsüzlük zəminində zərərçəkmiş şəxslə arzuolunmaz ünsiyyətdə olduğu və hədə-qorxu ilə onu nikaha məcbur etdiyi müəyyən edilib. Təqsirləndirilən şəxsin hərəkəti nəticəsində zərərçəkmiş psixi əziyyət çəkib.
Məlumata görə, hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi noyabrın 13-də hakimin hökmü ilə saxlayıblar.
“O, Cinayət Məcəlləsinin 150-ci maddəsinin birinci hissəsi (nikaha məcbur etmə) və 151-ci maddəsinin birinci hissəsi (təqib) ilə ittiham olunub ki, bu da iki ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Prokurorluq qanunla müəyyən edilmiş müddətdə həbs qətimkan tədbirinin tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edir.
Cinayət işi üzrə istintaq davam etdirilir”, - məlumatda deyilir.


