14 
Nybr
2023
18:15
1100

Marneulidə aparılan xüsusi əməliyyatla bağlı açıqlama verildi - FOTO

Bu gün Marneulidə və kəndlərində xüsusi əməliyyatlar keçirilib.

Bu barədə InterPress.ge-yə Gürcüstan Prokurorluğundan məlumat verilib.

Xəbər portalımıza verilən məlumata görə, məhkəmənin qərarına əsasən əməliyyatlar bir neçə valyutadəyişmə məntəqələrində və evlərdə həyata keçirilib.

Xüsusi əməliyyatlar Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən həyata keçirilib. Məlumata görə, saxlanılan olmayıb, lakin evlərdən və obyektlərdən pullar və müxtəlif əşyalar müsadirə edilib. 

Gürcüstan Cinayət Məcəlləsinin 194-cü, yəni çirkli pulların yuyulması üzrə istintaq davam edir.

Bizimlə əlaqə saxlayın