DİN "oğru dünyası" ilə əlaqəsi olan 18 nəfəri saxladı
Daxili İşlər Nazirliyinin əməkdaşları Baş Prokurorluqla birgə həyata keçirdikləri kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Tbilisi, Acarıstan, Quriya, Sameqrelo və Şida Kartlidə 18 nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Cinayətlər 15 ilə qədər həbslə cəzalandırılır.
Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri intensiv araşdırmalar, o cümlədən hakimin hökmü əsasında aparılan gizli istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər vətəndaşlar arasında yaranmış maliyyə mübahisələrini həll etmək və maddi gəlir əldə etmək məqsədilə xaricdəki “qanuni oğru”larla əlaqə saxlayıblar. “Qanuni oğrular” Ruslan Qeqeçkori, Tengiz Xoperiya, Ceiran Kintsuraşvili, Revaz Morchiladze (“Pitkina” ləqəbi) və Paata Bakradzenin göstərişi ilə mübahisə edən tərəflərin də iştirak etdiyi görüşlər təşkil olunub.
Polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərinə baxış nəticəsində odlu silahlar, ağızlıqlar, patronlar, narkotik vasitə olan “marixuana”, pullar, kompüter avadanlığı və mobil telefonlar maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırmalar davam edir.


