Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük xidməti əməkdaşları tərəfindən “Sarp” gömrük-keçid məntəqəsində xarici ölkə vətəndaşı R.H.-nin idarə etdiyi yük maşınına baxış keçirilib, onun üzərindən bəyan edilməmiş 1657,27 qram qızıl-zinət əşyaları aşkar edilib.
InterPress.ge xəbər verir ki, məlumatı Gəlirlər Xidməti yayıb.
Məlumata görə, qanunu pozan vətəndaş paltarının içərisində 6 kiçik bağlamaya gizli şəkildə qızıl əşyalar qoyub.
Aparılan ekspertiza nəticəsində malların ümumi gömrük dəyərinin 163 108,47 lari təşkil etdiyi müəyyən edilib. İş materialları cavablandırılması üçün Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib.
