Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

İsrail ordusu: “Qəzzadan 1 milyondan çox insan təxliyə olunub”

295
İsrail ordusu: “Qəzzadan 1 milyondan çox insan təxliyə olunub”
Dinləmək üçün basın

“Qəzza zolağının şimalından quru əməliyyatı başlayandan bəri 1 milyondan çox dinc sakin təxliyə edilib”.

“Qəzza zolağının şimalından quru əməliyyatı başlayandan bəri 1 milyondan çox dinc sakin təxliyə edilib”.

InterPress.ge TASS-a istinadən xəbər verir ki, bu barədə brifinq zamanı İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Piter Lerner bildirib.

“Müxtəlif dövrlərdə bir neçə yüz min nəfərlə kifayət qədər böyük uğurlar əldə etmişik. Bəzi hesablamalara görə, 1 milyondan çox insan şimal rayonlarından təxliyə edilərək Qəzzanın cənubuna gedib”, - o qeyd edib.

Onun sözlərinə görə, bu, quru əməliyyat zamanı düşmənin gizləndiyi yerləri müəyyən etmək üçün manevr imkanı verir.

Bundan başqa, İsrail Müdafiə Ordusu təkcə son üç gündə 200 minə yaxın insanın Qəzza şəhərini tərk etdiyi barədə məlumat verib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →